Yaxın 2 gündə ehtiyatlı olun!

Yaxın 2 gündə ehtiyatlı olun!
16:06

Yaxın bir neçə gündə eomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.

 

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə gündə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada