ABŞ prezidenti Donald Tramp bəyanatla çıxış edəcək
ABŞ prezidenti Donald Tramp dekabrın 23-ü Bakı vaxtı ilə saat 01:30-da Pentaqon katibi Pit Heqset və Hərbi Dəniz Qüvvələri katibi Con Felan ilə birlikdə bəyanatla çıxış edəcək.
News365.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir: “Prezident Hərbi Katib və Hərbi Dəniz Qüvvələri Katibi ilə birlikdə bəyanat verəcək”.
Tramp çıxışını Mar-a-Laqo malikanəsindən edəcək. Media məlumatlarına görə, Amerika lideri hazırda qış tətilini orada keçirir.
News365.az