Qazaxıstanın Aktobe vilayətinin Temir şəhərinin akimi Yerkin Dalmaqambetov intihar edib.
News365.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Onun meyiti dekabrın 20-də axşam saatlarında aşkar edilib.
"Hadisənin təfərrüatları araşdırılır, istintaq aparılır", - məlumatda Aktobe vilayəti Polis İdarəsinin mətbuat xidmətinə istinadən bildirilir.
Məlumata görə, 46 yaşlı Yerkin Dalmaqambetovun iki evlilikdən altı övladı qalıb.
Yerkin Dalmaqambetov ötən ilin iyununda Temir şəhərinin akimi təyin edilmişdi. Bundan əvvəl o, müxtəlif dövlət vəzifələrində çalışıb.