Türkiyə rəsmiləri Suriyada səfərdədir

Türkiyə rəsmiləri Suriyada səfərdədir
15:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Prezident Administrasiyası üzrə MİF rəhbəri İbrahim Kalın Suriyaya səfər edərək danışıqlar aparacaq.

News365.az xəbər verir ki, səfər ölkələr arasındakı əlaqələrin siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki son bir illik inkişafını qiymətləndirmək məqsədilə təşkil olunub. Xüsusilə, 10 mart sazişinin icrası və Türkiyənin milli təhlükəsizlik prioritetləri müzakirələrin əsas mövzularından olacaq.

Rəsmi görüşlərdə, həmçinin İsrailin hücumları nəticəsində Suriyanın cənub bölgəsində yaranan təhlükəsizlik riskləri və İŞİD-in fəaliyyətinin yenidən canlanmasının qarşısını almaq üçün ikitərəfli əməkdaşlıq imkanları gündəmə gətiriləcək. Türkiyə və Suriya arasındakı bu əməkdaşlıq, İŞİD-ə qarşı Beynəlxalq Koalisiyada (ICAİ) həyata keçirilən tədbirlər kontekstində həyata keçirilir.

Bundan əlavə, səfər çərçivəsində Suriyanın yenidən qurulması üzrə ikitərəfli layihələr, həmçinin Suriya hökumətinin potensialının gücləndirilməsi təşəbbüsləri də müzakirə olunacaq.

Görüşlərdə Türkiyənin Dəməşqdəki səfiri, xarici işlər nazirinin müavini Nuh Yılmaz da iştirak edəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada