Amnistiya aktı minlərlə insanın və ailələrinin sevincinə səbəb oldu

Amnistiya aktı minlərlə insanın və ailələrinin sevincinə səbəb oldu
14:50

Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti ifadəsi kimi ölkədə amnistiya aktı həyata keçirilib. Bu akt çərçivəsində həbsdə olan bir sıra şəxslər azadlığa çıxır, bununla da onların normal həyat fəaliyyətinə qayıtması təmin olunur. Amnistiya aktı yalnız hüquqi addım deyil, həm də vətəndaş-dövlət münasibətlərində etimadın möhkəmlənməsinin, sosial həmrəyliyin güclənməsinin mühüm göstəricisidir.

Milli Məclisin deputatı Fazil Mustafa News365.az-a açıqlamasında ölkədə humanist siyasətin davam etdiyini vurğulayıb.


Deputat bildirib ki, amnistiya aktları bir neçə ildən bir həyata keçirilir və bu addım həbsdə olan şəxslərin müəyyən kateqoriyaları üçün tətbiq olunur.

Fazil Mustafa qeyd edib ki, amnistiyanın əhatə dairəsi getdikcə genişlənir və minlərlə insanın azadlığa çıxması onların və ailələrinin sevincinə səbəb olur. “Bugün də amnistiya aktı icra olunub və əminəm ki, növbəti 4 ay ərzində bu yüksək səviyyədə davam edəcək və təxminən 20 min insana şamil olunacaq”, – deyə deputat bildirib.

"Akt əsasən yüngül cinayət törətmiş, ehtiyac səbəbindən qanunu pozmuş, həmçinin 60 yaşını keçmiş qadınları əhatə edir. Bu amnistiyanın ərəfədə verilməsi həm konstitusiya, həm də suverenlik prinsiplərinə olan hörmətin göstəricisidir. “Prezidentimiz süverenliyə və Konstitusiyaya verdiyi dəyəri məhz bu aktla bir daha nümayiş etdirir”, – deyə Fazil Mustafa vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada