İsrail Qəzzaya 91 mindən çox çadır göndərilməsinə icazə verdi

İsrail Qəzzaya 91 mindən çox çadır göndərilməsinə icazə verdi
13:40

Qəzzada qışın yaxınlaşması humanitar vəziyyətlə bağlı narahatlıqları artırıb. İsrail bölgədə yaşayan insanların soyuq hava şəraitindən qorunması üçün əlavə yardımın çatdırılmasına və qışa hazırlıq tədbirlərinin həyata keçirilməsinə icazə verib.

News365.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Açıqlamada bildirilib ki, HƏMAS-ın tərksilah öhdəliyini yerinə yetirməkdən imtina etməsinə baxmayaraq, İsrail Qəzza sakinlərinin qış şəraitində üzləşə biləcəyi çətinlikləri azaltmaq məqsədilə humanitar tədbirlər həyata keçirir.

Məlumata görə, İsrailin Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinatoru (COGAT) vasitəsilə BMT, Sülh Şurası, beynəlxalq təşkilatlar və donor ölkələrlə birgə qışa hazırlıq planı hazırlanıb.

Plan çərçivəsində Qəzzaya 91 mindən çox çadırın çatdırılması, 8 200-dən artıq yük maşını ilə brezent, yorğan, qış geyimləri və digər zəruri ləvazimatların göndərilməsi nəzərdə tutulur.

Bundan başqa, kanalizasiya sularının təmizlənməsi üçün 12 xüsusi texnikanın bölgəyə gətirilməsi, su və kanalizasiya xətlərinin təmiri, nasos qurğularının fasiləsiz işləməsi üçün yanacaq təminatının həyata keçirilməsi planlaşdırılır.

İsrail tərəfi, eyni zamanda, humanitar yardım çərçivəsində göndərilən avadanlıq və ləvazimatların HƏMAS tərəfindən hərbi potensialın bərpası üçün istifadə edilməməsinin vacibliyini vurğulayıb.

Bəyanatda HƏMAS-ın tərksilahdan imtinası Qəzzanın yenidən qurulması prosesinə mane olan əsas amillərdən biri kimi qiymətləndirilib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada