“AzParking” sürücülərə müraciət etdi

“AzParking” sürücülərə müraciət etdi
16:40

Son günlərdə xarici nömrələrdən "AzParking" adından ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajlar göndərilir.

News365.az xəbər verir ki, bununla bağlı "AzParking" məlumat yayıb.

İstifadəçilərə naməlum nömrələrdən göndərilən parklanma borcu ilə bağlı bildirişlərə etibar etməmələri və şübhəli linklərə daxil olmamaları tövsiyə edilib.

"1181 qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır" "AzParking"in müraciətində qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada