XIX əsrdə Qarabağa səyahət etmiş alman alimlərinin hesabatı- FOTO

XIX əsrdə Qarabağa səyahət etmiş alman alimlərinin hesabatı- FOTO
09:25
Sizlərə Qustav Radde və Jan Valentinin 1890-cı ildə nəşr olunmuş “"Qarabağ: Dr. Qustav Radde və Dr. Jan Valentin tərəfindən 1890-cı ilin yayında Rusiya Qarabağına edilən səyahət haqqında hesabat" adlı kitabını təqdim edirəm. Polşa Milli Rəqəmsal Kitabxanasında yerləşən kitabın elektron versiyasını oxumaq üçün:
Müəlliflər Qarabağın tarixindən bəhs edərkən buranın müstəqil xanlıq dövrünə istinad edirlər. Onlar qeyd edirlər ki, bölgə uzun müddət yerli xanlar tərəfindən idarə olunub. Onlar Qarabağı "Rusiya Qarabağı" adlandırsa da, bunun sadəcə 19-cu əsrdəki işğal olduğunu təsdiq edirlər.
Radde və Valentin Qarabağın əsl simasını və iqtisadiyyatını təmsil edən tərəf kimi azərbaycanlıları təsvir edirlər. Onlar qeyd edirlər ki, Qarabağın düzənlik hissələrindən tutmuş ən yüksək dağ yaylaqlarına qədər bütün ərazilər bu millətin təsərrüfat fəaliyyəti əhatə olunub. Kitabda vurğulanır ki, Qarabağın ən məhsuldar torpaqları, geniş mülkləri və məşhur atçılıq zavodları Azərbaycan bəylərinə məxsusdur.
Qarabağın düzənliyindən ən yüksək zirvələrinə qədər hər yerə Azərbaycan dilində adlar verilib.
Müəlliflər Şuşanı bölgənin paytaxtı və "ürəyi" kimi təsvir edirlər. Şəhərin memarlığı, adət-ənənələri və burada hökm sürən mühit haqqında yazarkən, buranın Şərq-Müsəlman mədəniyyətinin mühüm bir mərkəzi olduğunu gizlətmirlər. Onların geyimləri, silahları və özlərini cəmiyyətdə aparma tərzi avropalı müəlliflər üçün "şərq aristokratiyasının" bariz nümunəsi idi. Radde qeyd edir ki, bir azərbaycanlı bəyin evinə qonaq getmək, ən yüksək səviyyədə hörmət və təhlükəsizlik deməkdir. Müəlliflər azərbaycanlıları "cəsur, qonaqpərvər və təbiətə hökmranlıq edən" bir millət kimi təsvir edirlər.
Kitabın 1890-cı il yay səyahətini əks etdirən hissəsində Radde yazır ki, Qarabağ dağlarının zirvələrinə qalxdıqca qarşılaşdıqları hər bir insan, hər bir çoban və hər bir köç başçısı müsəlman-azərbaycanlıdır. O dövrün alman ədəbiyyatında millətlər çox vaxt dini mənsubiyyətlərinə görə təsnif edilirdi, lakin Radde konkret olaraq Azərbaycan dilini və adətlərini "Tatar" adı altında xüsusi vurğulayır.
Müəlliflər qeyd edirlər ki, Azərbaycan dili Qarabağda sadəcə bir millətin dili deyil, bütün xalqların bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdiyi ortaq dildir. Radde yazır ki, hətta bölgədəki digər etnik qruplar ticarət və gündəlik münasibətlərdə bu dildən istifadə etmək məcburiyyətindədirlər. Onlar yazır ki, bu dil həm də cəngavərlik və zadəganlıq dilidir, çünki Qarabağın elit təbəqəsi olan bəylər bu dildə danışır və öz nüfuzlarını bu dil vasitəsilə qoruyurlar. Kitabda qeyd edilir ki, burda yaşayan ermənilər öz aralarında fərqli danışsalar da, Azərbaycan dilini mükəmməl bilməlidirlər ki, cəmiyyətdə yaşaya bilsinlər.
Müəlliflər ermənilərin xristian olduğunu və bu amilin onları müsəlman əhalidən ayıran əsas cəhət olduğunu yazırlar. Lakin Radde yazır ki, ermənilərin yaşadığı yerlər çox vaxt ensiz dərələr və ya kiçik sahələrdir, halbuki bütün geniş üfüqlər və strateji dağ zirvələri azərbaycanlılara aiddir.
Müəlliflər 1890-cı ildəki vəziyyəti təsvir edərkən, erməni əhalisinin bəzi hissələrinin Rusiya işğalından sonra (xüsusən 1828-ci ildən sonra) bölgədə çoxaldığını yazır. Onlar erməniləri daha çox ticarət və sənətkarlıq üçün şəhərlərə toplanmış bir kütlə kimi təsvir edirlər.
Onlar bütün Qarabağı (Arazdan Kürə, düzənlikdən Şuşa zirvələrinə qədər) Azərbaycan türklərinin torpağı olduğunu təsdiqləyir.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada