Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
Bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.