Epşteynin qurbanlarını basdırdığı yer üzə çıxdı

Epşteynin qurbanlarını basdırdığı yer üzə çıxdı
11:21

Ceffri Epşteynin gizli arxivindən sızan son sənədlər təkcə istismar şəbəkəsini deyil, həm də qanlı cinayətlərin gizlədildiyi qorxunc üsulları ortaya çıxarıb. İstintaq materiallarında yer alan ən sarsıdıcı iddia milyarderin Nyu-Meksikodakı Zorro rançosunda öldürülən qadınların harada və necə yox edilməsi ilə bağlıdır. Elektron yazışmalardan məlum olur ki, Epşteyn və əlbirləri öldürülən qurbanları ranço ərazisindəki tikililərin beton bünövrəsinə basdıraraq izləri itirməyə çalışıblar.

News365.az xarici mətbuata istinadla xəbər verir ki, Məktublarda rançoda aparılan tikinti işlərinin sadəcə təmir məqsədi daşımadığı qeyd olunur. İddialara görə, cinsi əlaqə zamanı boğularaq qətlə yetirilən qadınların cəsədləri yeni tökülən betonun içində gizlədilib. Bu metodun cəsəd qoxusunun yayılmaması və axtarış itlərinin iz tapmaması üçün xüsusi olaraq seçildiyi bildirilir. Rançoda işləmiş şəxslərdən birinin yazdığı məxfi məktubda Zorro rançosunun divarları və döşəməsi altında neçə nəfərin qaldığının heç vaxt bilinməyəcəyi vurğulanır.

Dəhşətli faktlar bununla da yekunlaşmır. Sənədlər Epşteynin gen mühəndisliyi və klonlaşdırma sahəsinə olan xəstə marağını ifşa edir. Brayan Bişop adlı şəxslə yazışmalarda embrionların redaktəsi və bioloji ataya ehtiyac duymayan yeni nəsil çoxalma metodları üzərində aparılan təcrübələrdən bəhs olunur. Ukraynadakı laboratoriyalarda siçanlar üzərində aparılan sınaqların insan genofondu üzərində tətbiq olunma planları da arxiv qeydlərində yer alıb. Epşteynin bu layihələrə milyonlarla dollar yatırmağa hazır olduğu, lakin özünün "lider kimi görünməsindən" çəkindiyi məlum olur.

İstintaq materiallarındakı "Sənə onu öldürməyə icazə verirəm" mesajı və azyaşlıların rançoya dəvət edilməsi ilə bağlı yazışmalar bu şəbəkənin nə qədər amansız olduğunu bir daha sübut edir. Epşteynin əlində dünyanın ən nüfuzlu şəxslərinə qarşı nəhəng bir şantaj arxivinin olduğu ehtimalı indi daha real görünür. Hazırda bütün dünya Zorro rançosundakı o beton bünövrələrin söküləcəyi və altından daha neçə qurbanın çıxacağı xəbərini gözləyir.(Demokrat.az)


Sizin reklam burada
Sizin reklam burada