Cey Di Vens Azərbaycana və Ermənistana bu tarixdə gələcək

Cey Di Vens Azərbaycana və Ermənistana bu tarixdə gələcək
10:28

ABŞ-nin böyük nümayəndə heyəti Ermənistana gedib.

News365.az-ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, nümayəndə heyətinin səfəri iki həftə çəkəcək və səfər ABŞ vitse-prezidenti Cey Di Vensin ölkəyə ziyarətinə hazırlıqların görülməsi məqsədi daşıyır.

Bildirilir ki, nümayəndə heyəti məskunlaşdığı "Armenia Mariott" hotelində onlarla otağı olan bütöv bir mərtəbəni bron edib. Otaqlarda mebellərdən yalnız masa və stullar qalıb, qalan hər şey yığışdırılıb.

Hotel işçilərinə həmin mərtəbədə olmaq qadağan edilib, qonaqların özləri hotelin başqa bir hissəsində yatırlar.

Xatırladaq ki, daha əvvəl Cey Di Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyi elan olunmuşdu. Onun fevralın 9-da Ermənistana gedəcəyi, ertəsi gün isə Bakıya gələcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada