"Dünya XX əsrə qədərki siyasi düzənə qayıdır. Yəni beynəlxalq hüquq yoxdur, hər şeyi güc həll edir, buna görə də iri dövlətlər bir-biri ilə ittifaqlara daxil olur, kiçik dövlətlər də həmin ittifaqlara qoşulur. XIX əsrdə cahanı yönəldən iri dövlətlər xristian dünyasına aid idi".
Bunu News365.az-a müsahibəsində hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, hazırda isə xristian dövlətləri ilə bərabər oyunçular sırasında müsəlman dövlətləri, habelə Çin və Hindistan da var:
"Yəni əvvəlki müstəmləkələr indi söz sahibidirlər. Bu baxımdan yeni düzəndə Azərbaycanın yeri təbii ki, müsəlman dövlətləri sırasındadır. Reallıq budur. Kiminsə dindar olub-olmamasından asılı deyil. Əsas odur ki, iri oyunçular bizi ilk növbədə müsəlman dövləti hesab edir, bizimlə bundan irəli gələrək müamilə edir. Buna görə də müsəlman dövlətləri ilə ittifaqımız qaçılmazdır. Əks halda, yeyərlər bizi..."
News365.az