Gəncədə avtobusla gedişhaqqı PULSUZ OLDU - SƏBƏB

Gəncədə avtobusla gedişhaqqı PULSUZ OLDU - SƏBƏB
15:09

Gəncədə avtobuslarda bu səhərdən kartlar işləmir. 

News365.az Ajans.az-a istinadən xəbər verir ki,  Gəncədə kartla işləyən avtobuslarda kartların istifadəsində problem yaranıb. Səhər saatlarından kartlar işləməyib. Sakinlərin gediş-gəlişi pulsuz olub. Məsələ ilə bağlı Payriff MMC-yə sorğu ünvanlayıb. 

Payriff MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə şöbəsindən bildirilib ki, Gəncə şəhərində avtobuslarda ödənişlərin qəbulu zamanı yaranmış müvəqqəti texniki çətinlik qısa müddətdə aradan qaldırılmışdır. Hazırda heç bir çətinlik mövcud deyil.


Sizin reklam burada
Sizin reklam burada