Müəllimi güllələyən şagirdin atası ilə bağlı xəbər var

Müəllimi güllələyən şagirdin atası ilə bağlı xəbər var
11:17

Bu gün paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 28 yaşlı xanım müəllimi güllələyən şagirdlə bağlı bəzi faktlar üzə çıxıb.

News365.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinən şagirdin atası Samir Şirinov daha əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.

Onun hazırda işsiz olduğu bildirilir.

Yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada