Bu iş tək fərdin yox, elit toxunulmazlığının ifşasına çevrildi. Bu qalmaqal müasir Qərb dünyasında güc, şəhvət, toxunulmazlıq və institutların özünü qoruma mexanizmlərinin necə işlədiyini göstərən nadir hadisələrdəndir. İllər keçsə də, sənədlər açıldıqca aydın olur ki, problem bir nəfərdə yox, onu mümkün edən sistemdədir. Qərbdə buna bənzər olaylar əvvəl də olub.
2019-cu ildə həbsxanada onun ölməsi
qalmaqalı daha da dərinləşdirdi. Onu saxlanıldığı otaqda kameranın işləməməsi
xeyli suallar doğurdu. Bir sözlə, 2008-ci ildən
2019-cu ilə qədər sürən Ceffri Epşteyn işi adi bir cinayət dosyesi deyil.
Bir neçəsinə nəzər
salaq:
Bill Clinton
– Monica Lewinsky (1998)
ABŞ prezidenti
Ağ Evdə praktikantla münasibətini inkar etdiyi üçün impiçment prosesi ilə üzləşdi.
Cinayət yox, yalan əsas problem oldu. Qalmaqal ABŞ-da hakimiyyət və şəxsi əxlaq
sərhədlərini yenidən müzakirəyə açdı.
Silvio
Berlusconi – “Bunga bunga” (2010–2013)
İtaliyanın baş
naziri azyaşlı qızın da iştirak etdiyi əyləncələrdə ittiham olundu. Məhkəmə
prosesləri uzun sürdü, siyasi nüfuzu ciddi zərbə aldı. Dövlət başçısının şəxsi
həyatı milli legitimlik probleminə çevrildi.
Harvey
Weinstein (2017)
Hollywood
prodüseri onilliklər boyu qadınlara qarşı sistemli cinsi zorakılıqda ittiham
edildi və məhkum olundu. Bu iş #MeToo hərəkatını qlobal miqyasda partlatdı və
susqunluq mədəniyyətini dağıtdı.
Miqyas və
qurbanlar
Rəsmi məhkəmə sənədlərinə
görə Epşteyn şəbəkəsi onlarla yeniyetmə qızı əhatə edib. Qeyri-rəsmi ifadələrdə
bu rəqəm 100-dən çox göstərilir. Yaş aralığı əsasən 13-17, xüsusilə 14-16 olub.
Ayrı-ayrı ifadələrdə oğlanların da adı keçir, lakin qalmaqalın mərkəzində
yeniyetmə qızların sistemli istismarı dayanır. Bu faktlar hüquqi qərarlarla təsdiqlənib.
Ghislaine
Maxwell: şəbəkənin açar fiquru
Ghislaine
Maxwell Epşteynin köməkçisi deyil, əməliyyatçı tərəfdaşı idi. Qurbanların
tapılması, yönləndirilməsi və psixoloji hazırlanmasında birbaşa rol oynayıb.
ABŞ məhkəməsi onu yetkinlik yaşına çatmayanların istismarına yardım və insan
alveri maddələri ilə məhkum etdi. Maxwell bu qalmaqalda real həbs cəzası alan
yeganə böyük fiqur olaraq qalır. Bu fakt Epstein işinin təkadamlıq hekayə
olmadığını hüquqi müstəvidə təsdiqləyir.
Prince Andrew: Taxt-tac əldən getdi
Burada xüsusi
dayanmaq lazımdır. Prince Andrew qalmaqalı sadəcə şəxsi reputasiya itkisi ilə
bitmədi. Onun kral titulları əlindən alındı, rəsmi və ictimai funksiyaları ləğv
edildi, monarxiya daxilində taxt-tacla bağlı istənilən real perspektivi faktiki
olaraq aradan qaldırıldı. Bu, müasir Britaniya monarxiyası üçün çox nadir və
simvolik addımdır. Yəni sistem burada yalnız “ayıblamaqla” kifayətlənmədi,
institusional legitimliyi qorumaq üçün öz içindən bir fiquru kənarlaşdırdı.
Epşteyn işi bu mənada Britaniya monarxiyası üçün hüquqi yox, tarixi və
simvolik zəlzələ oldu. Bu məqam çox önəmlidir. Bəzən sistem özünü qorumaq üçün
qurban verir. Prince Andrew həmin qurbanlardan biridir. Və o, Britaniyanın
monarxiya sistemini qorumaq üçün siyasi baxımdan edam edildi.
Dominique Strauss-Kahn. Sistemin fərqli
reaksiyası
Bu paraleli tamamlamaq üçün
Dominique Strauss-Kahn nümunəsi vacibdir. O, 2007–2011-ci illərdə Fransa maliyyə
naziri, daha sonra Beynəlxalq Valyuta Fondunun rəhbəri oldu. 2011-ci ildə
Nyu-Yorkda otel işçisinin cinsi zorakılıq ittihamı ilə gündəmə gəldi və dərhal
IMF postundan istefa verdi. Sonradan bəzi ittihamlar geri götürülsə də, siyasi
və beynəlxalq karyerası bitdi. Buradakı paradoks diqqətçəkəndir. Strauss-Kahn
bir hadisə ilə sistemdən kənarlaşdırıldı, Epşteyn şəbəkəsi isə illərlə
toxunulmaz qaldı. Bu fərq hüquqi yox, siyasi prioritetlərlə izah olunur.
Seks, qanun və Qərb paradoksu
Qərb ölkələrinin bir hissəsində seks
işi leqaldır və tənzimlənir. Almaniya, Hollandiya, Belçika kimi ölkələrdə fahişəxanalar
rəsmi fəaliyyət göstərir. ABŞ-da isə yalnız Nevada ştatının bəzi rayonlarında
leqal bordellər var və onların sayı təxminən 20-yə yaxındır. Ümumi təxminlərə
görə ABŞ-da 1–2 milyon insan bu və ya digər formada seks işi ilə dolanır, lakin
onların böyük hissəsi qeyri-rəsmi şəkildə bu sahədədir. Paradoks ondadır ki,
seks leqal ola bilər, amma güc, yaş və zor işə qarışanda sistem çox vaxt gec
reaksiya verir. Epşteyn işi bu gecikmənin nəticəsidir.
Epşteyn işində Nyu-York merinin
adı hallanır?
Ceffri Epşteyn qalmaqalı faktların
özündən çox, faktlardan qoparılıb dolaşıma buraxılan yalan hekayələrin üzərində
böyüyür. Cinayət dosyesi realdır, qurbanlar realdır, institusional susqunluq
realdır. Amma son mərhələdə bu iş kontekstsiz fotolar, saxta identifikasiyalar
və məqsədli hədəfləmə ilə dezinformasiya silahına çevrilir. Sosial şəbəkələrdə
illərdir paylaşılan məşhur qrup fotosu bunun klassik nümunəsidir. Foto ortaya
atılır, ardınca üzərinə adlar yapışdırılır: keçmiş prezidentlər, milyarderlər,
“gizli elit”. Sonra isə ən təhlükəli mərhələ başlayır-fotodakı uşağa siyasi
kimlik yüklənir. Guya həmin uşaq sonradan Nyu-Yorkun “müsəlman meri” olub. Bu
cümlənin özündə üçqat manipulyasiya var: həm foto ilə kimlik əlaqəsi
sübutsuzdur, həm status uydurmadır, həm də dini kimlik qəsdən ön plana çəkilir.
Bu xəttin mərkəzində real siyasi fiqur dayanır: Zohran Mamdani. O, Nyu-Yorkun
yeni seçilmiş meridir. Lakin dezinformasiya mexanizmi onun real bioqrafiyasını
izah etmir; onu Epşteyn qalmaqalına süni şəkildə bağlamağa çalışır. Məqsəd
məlumat vermək deyil, şübhə yaratmaq, legitimliyi kölgəyə salmaqdır. Burada iki
element xüsusilə təhlükəlidir. Birincisi, uşaq obrazı: emosional reaksiya
yaradır və tənqidi düşüncəni söndürür. İkincisi, müsəlman kimliyinin
qabardılması: “hamısı əvvəldən planlaşdırılıb” narrativi qurulur. Bu, nə
Epstein qurbanlarına kömək edir, nə də ədaləti gücləndirir. Əksinə, real cinayət
şayiənin altında boğulur.
“Mossad Trampa təzyiq edir” iddiası
Son günlər sosial şəbəkələrdə belə bir iddia dolaşır: guya Mossad Donald Trampa təzyiq göstərmək üçün Ceffri Epşteyn qalmaqalı ilə bağlı “yeni fotolar” yayıb. Məqsəd isə ABŞ-ın İrana hücumda tərəddüd etməsini aradan qaldırmaqdır.

Bu iddia ilk baxışda “şok” təsiri bağışlasa da, fakt baxımından tam boşdur. Nə bu fotoların haradan yayıldığı bəllidir, nə onların rəsmi mənbəyi var, nə də etibarlı beynəlxalq media bu məlumatı təsdiqləyib. Reuters, BBC, AP, AFP kimi agentliklər bu barədə bir sətir belə yazmayıb. Burada söhbət araşdırmadan yox, sarı mətbuat refleksindən gedir. “Gizli kəşfiyyat”, “şantaj”, “kompromat” kimi sözlər oxucu cəlb edir. Fakt olmasa da, klik gəlir. Epşteyn qalmaqalı isə bu tip sensasiyalar üçün ideal xammaldır: seks, güc və qorxu bir paketdə satılır. Problem ondadır ki, bu cür hekayələr real cinayətin özünü kölgədə qoyur. Qurbanlar yox olur, məsuliyyət yox olur, qalır yalnız səs-küy.
“Putin” narrativi: konspirasiya
bazarının klassik məhsulu
Epşteyn qalmaqalı böyüdükcə başqa
bir “izah” da dövriyyəyə buraxıldı: guya bu şəbəkə KQB–FSB tərəfindən qurulmuş
“honeytrap” əməliyyatı olub və məqsəd Qərb elitlərini şantaj etmək imiş. Bu
narrativdə Vladimir Putinin adı da tez-tez hallandırılır. Hətta D. Trampdan
daha çox. Ancaq yenə əsas sual dəyişmir: bunu sübut edən real fakt varmı? Cavab
aydındır-yoxdur. Nə ABŞ məhkəmə sənədlərində, nə rəsmi araşdırmalarda, nə də
ciddi beynəlxalq mediada Epşteynlə Rusiya xüsusi xidmətləri arasında birbaşa əlaqə
sübut edilib.
“Minlərlə sənəd”, “gizli görüşlər”,
“kompromat ötürülməsi” kimi ifadələr fakt yox, konspirasiya bazarının dilidir.
Məntiq sadədir: real qalmaqal + qlobal güc fiquru = oxunaqlı hekayə.
Həqiqətin olub-olmaması isə ikinci
plandadır. Bu kimi narrativlər ədaləti axtarmır. Onlar diqqət iqtisadiyyatına
xidmət edir. Oxucu qazanılır, amma həqiqət itirilir.
Roma imperiyası paraleli: Pompey və
Vezuviy
Bu mənzərə tarixə də tanışdır. Roma
imperiyasının son dövrlərində elitlərin toxunulmazlığı, həzz mədəniyyəti və
ikili hüquq sistemi Pompey kimi şəhərlərdə adi hala çevrilmişdi. Vezuviy
vulkanı həmin şəhəri torpağın altına gömdü. Tarixçilər üçün bu, təkcə təbii fəlakət
deyil, əxlaqi çürümənin metaforasıdır. Epşteyn qalmaqalı da eyni sualı yenidən
ortaya qoydu. Qanun hamı üçünmü var, yoxsa yalnız zəiflər üçün keçərlidir?
Epstein qalmaqalı təkcə seks cinayəti deyil. Bu, əxlaqi tənəzzülün xəritəsidir.
Prince Andrew nümunəsi göstərdi ki, sistem bəzən özünü qorumaq üçün rəsmi
qurban verir. Strauss-Kahn nümunəsi isə göstərdi ki, bəzən bir hadisə kifayət
edir ki, kimsə zirvədən dərənin dibinə yuvarlansın. Epstein işi isə sübut etdi
ki, şəbəkə böyüdükcə susqunluq uzanır. Bəli, Roma imperiyası Pompey ilə bitmədi.
Müasir Qərb də Epsteinlə bitməyəcək. Amma hər imperiyanın öz Vezuviyi
var.
P.S. Nikol Paşinyanın adının
Epşteyn qalmaqalında hallanması isə istehza doğurur. Fake
News bütün dünyada bum dövrünü yaşayır. Yalanla həqiqət arasındakı sərhədlər
çoxdan itib...