Kömür mədənində partlayış: 18 nəfər həlak oldu

Kömür mədənində partlayış: 18 nəfər həlak oldu
10:15

Hindistanın şimal-şərqindəki Meqhalaya ştatında fəaliyyət göstərən kömür mədənində baş vermiş partlayış nəticəsində azı 18 mədənçi ölüb, bir nəfər isə ağır yaralanıb.

News365.az BBC-yə istinadən xəbər verir ki, rəsmi açıqlamada  mədənin qeyri-qanuni fəaliyyət göstərdiyi və partlayışa qazıntı zamanı dinamitdən yanlış istifadənin səbəb olduğu bildirilib

Hadisə yerində xilasetmə əməliyyatları davam etdirlir. Dağıntılar altında köməksiz vəziyyətdə qalanların olduğu da istisna edilmir.



Sizin reklam burada
Sizin reklam burada