Beynəlxalq arenada "qurşaqdan aşağı" mübarizə başlayır...- Tural İrfan yazır

Beynəlxalq arenada "qurşaqdan aşağı" mübarizə başlayır...- Tural İrfan yazır
09:46
Əslində Türkiyədə tutulub 1500 ilə yaxın iş verilən Harun Yahya ləqəbli Adnan Oktarın da vəzifəsi ABŞ-dakı "Epşteyn dosyası"nda baş vermiş hadisələri Türkiyədə törətmək idi.

Hansı ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğunun heç də qaranlıq qalmadığı bu şəxsin əli ilə də Türkiyədə dövlət böyüklərini, nüfuzlu şəxsləri tora salaraq lazım olduqda şantaj edib mövqeyindən çəkilməyə zorlamaq üçün planlar qurulmuşdu. Lakin Türkiyə hökuməti özünü Mehdi adlandırıb min hoqqadan çıxan Adnanı vaxtında dama salıb zərərsizləşdirə bildi. Fəqət onun fəaliyyəti dövründə kimləri tora saldığı, şantaj materiallarını kənara çıxarıb-çıxarmadığı ən azı bizə məlum deyil.
Təbii ki, Trampın hakimiyyətə gəlməsində İsrail lobbisi və dövlətinin ABŞ dərin dövləti ilə tərəddüdlü də olsa razılaşması olub. Çünki seçki ərəfəsində Trampa qarşı mütəmadi olaraq sui-qəsdlərin baş verməsi pərdə arxasındakı ziddiyyətlərin, bəlkə də fikir savaşlarının təzahürü idi.
Hazırda isə Tramp sanki öhdəliklərini reallaşdırmağa ya tələsir ya da tələsdirilir. İrana müdaxilə məsələsində şahzadə ilə münasibət də İsrailin planı ilədir. Çünki illər öncə Netanyahu bu mövzuda farslara müraciət etmiş, İranı fars dövləti adlandırmışdı. İsrailin Qəzzanı tam götürməsi naminə İranın özündən və proksilərindən yaxa qurtarmaq üçün Tramp tələsdirilir. Təbii ki, ABŞ-nin öz planları da var. Amma əsas plan bunun üzərindən cərəyan edir. İran rejiminin xalqına qarşı genosid törətməsi də müdaxiləyə zəmin yaradır. Nüvə enerjisi, uzaqmənzilli raketlər məsələsi əslində həllini tapması mümkün olan məsələlərdir. Burada əsas olan İsrailin təkididir. Görünür ki, ABŞ dərin dövlətində İsrail təsirindən münəzzəh olan çevrələr, habelə Pentaqon Ttampı bu müharibədən çəkinməyə çağırırlar, hətta təsir edirlər. Trampın tərəddüdünə səbri tükənən müharibə tərəfdarları və İsrail isə bu tərəfdən "Epşteyn dosyası"nı açıb ağsaqqalı karıxdırmaq istəyirlər ki, qızdır-basdırla İranı bombalasın ki, tozanaq qalxıb dosya yaddan çıxsın.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada