“Epşteyn qalmaqalı- deyilənlər doğrudursa, çox murdar adam olub. Təbabətdə Epşteyn-Barr adlı virus var. Əsasən uşaqları yoluxdurur. "Öpücük"
xəstəliyi və ya İnfeksion
mononukleoz adlı xəstəlik yaradır. Təfərrüatlara varmadan deyim ki, yaxşı xəstəlik deyil. Demək istəyirdim ki, Epşteyn adı həkimlərdə pozitiv təəssürat yaratmır.
Həyatda da belə murdar adam varmış”.
Bunu News365.az -a açıqlamasında pediatr Vaqif Qarayev deyib.
O, daha sonra bildirib:
“Epşteyn fayllarındakı pandemiya ilə bağlı deyilənləri kim sübut edəcək? Bu quldur
mafiyasını hansı qurum mühakimə edəcək? Günahkarlar adekvat cəza alacaqmı?
Pandemiyanın
modelləşdirilməsi ilə bağlı dünyanın kəşfiyyat orqanları
bixəbər olub?”
News365.az