Sizlərə Bavariya Dövlət Kitabxanasından maraqlı bir kitab təqdim edirəm. 1894-cü ildə Bibliographisches Institut tərəfindən Leypsiq şəhərində nəşr edilib. Adı "Meyerin Universal Ensiklopedik Lüğəti"-dir ki, bunun 3-cü cilində Borçalı bölgəsi barədə ətrfalı məlumatlar verilir.
Burda Bortschalo (Bortschala) kimi qeyd edilən Borçalı bölgəsinin 6,031 km²-dən ibarət olduğu qeud edilir. Müəlliflər 1880-1910-cu illərə aid xəritələrə müraciət edərək Borçalını inzibati cəhətdən Tiflisə bağlı olduğunu yazır, lakin etnoqrafik xəritələrdə Borçalı ərazisinin Azərbaycan türklərinin yaşadığı "Areal of Azerbaijani Turks" kimi olmasını bildirir.
Mənbədə bölgənin adı orada məskunlaşmış Borçalı türk tayfası ilə əlaqələndirilir və buranı coğrafi baxımdan Azərbaycanın şimal hüdudları olduğu yazılır.
Borçalının coğrafi mövqeyi təsvir edilərkən onun cənubda İrəvan quberniyası, şərqdə isə Gəncə quberniyası ilə həmsərhəd olduğu bildirilir. Bu, Borçalının tarixi Azərbaycan torpaqları ilə bir coğrafi bütövlük təşkil etdiyini göstərir.
Həmin dövrün alman statistikalarında və ensiklopediyalarında Borçalı əhalisinin mütləq əksəriyyətin Azərbaycan tatarları olmasını qeyd edən müəlliflər izah verir ki, bu Azərbaycan türkləri deməkdir:
"Əhalinin böyük bir qismi müsəlman tatarlardan (azərbaycanlılardan) ibarətdir və onlar bölgənin ən qədim və əsas sakinləridir."
Müəlliflər burada yaşayan xalqın dilinin, adət-ənənəsinin və mənşəyinin birbaşa Azərbaycanla bağlı olduğunu təsdiq edir.:
"Onlar Azərbaycan dilində danışan və Azərbaycan mədəniyyətinə sahib olan türk xalqıdır. Borçalı sakinləri Azərbaycan dilinin xüsusi bir ləhcəsində danışırlar.”
Müəlliflər yazır ki, Borçalıdakı xalq yayda dağlara, qışda isə düzənliklərə köçərək maldarlıqla məşğul olurlar. Bu həyat tərzi o dövrdə yalnız Azərbaycanın digər bölgələri ilə eynilik təşkil edir.
Bu kitab Borçalını siyasi olaraq Rusiya İmperiyasının Tiflis quberniyasına aid etsə də, onu insan faktoru, dil, din və tarix baxımından Azərbaycanın bir parçası kimi təsvir edir.
O dövrdə "Azərbaycan" hələ müstəqil dövlət adı kimi xəritələrdə geniş yer almadığı üçün, almanlar "Azərbaycana aid" demək əvəzinə "Azərbaycan türklərinə məxsus" ifadəsini işlədirdilər.
Alman müəllifləri qeyd edirlər ki, bölgənin düzənlik və dağətəyi hissələrində dominant güc Tatarlardır. Onlar həm sayca çoxdurlar, həm də bölgənin iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir.
Borçalı 1801-ci ilə qədər müəyyən dərəcədə muxtariyyətə malik idi. Alman tədqiqatçıları vurğulayırlar ki, Borçalı sakinləri Rusiyaya birləşdirilməzdən əvvəl Səfəvi və Qacar təsir dairəsində olan yerli xan və sultanlar tərəfindən idarə olunurdu.
Zaur Əliyev, tarixçi