ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci dəfə bu ölkədəki vətəndaşları üçün xəbərdarlıq yayıb.
News365.az xəbər verir ki, səfirliyin məlumatında artan təhlükəsizlik tədbirləri, yol bağlanmaları, ictimai nəqliyyat pozuntuları və internet blokadalarının davam etdiyi vurulanır.
"İran hökuməti mobil, şəhərdaxili və milli internet şəbəkələrinə girişi məhdudlaşdırır. Aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmağa və ya ləğv etməyə davam edir.
ABŞ vətəndaşları bilməlidirlər ki, internet kəsintilərini davamlı ola bilər. Onlar alternativ ünsiyyət vasitələri planlaşdırmalı və əgər təhlükəsizdirsə, quru yolu ilə Ermənistana və ya Türkiyəyə getməyi nəzərdən keçirməlidirlər.
Görüləcək tədbirlər:
İranı indi tərk edin. ABŞ hökumətindən kömək gözləmədən İranı tərk etmək üçün plan qurun.
Uçuşlar ləngiyə, ləğv oluna bilər, birbaşa aviaşirkətlərinizlə əlaqə saxlayın.
Əgər İrandan çıxa bilmirsinizsə, yaşayış yeriniz və ya başqa təhlükəsiz bina daxilində etibarlı yer tapın. Qida, su, dərman və digər vacib əşyaların ehtiyatını görün.
Nümayişlərdən qaçın, ətrafınızda baş verənlərdən xəbərdar olun.
Son xəbərlər üçün yerli mediaya nəzarət edin. Planlarınızı tənzimləməyə hazır olun.
Telefonunuzu doldurulmuş saxlayın və durumunuz haqqında məlumat vermək üçün ailə və dostlarla əlaqədə olun.
İranda təhlükəsizliklə bağlı son yeniləmələri almaq üçün Smart Traveler Qeydiyyat Proqramında (STEP) qeydiyyatdan keçin".