Xarabalığı xatırladan İrəvan küçələri - VİDEO

Xarabalığı xatırladan İrəvan küçələri - VİDEO
11:05

Ermənistanda təkcə siyasi-diplomatik deyil, sosial-iqtisadi böhran da yaşanır. İkinci Qarabağ müharibəsindən sonra çökən Ermənistan iqtisadiyyatı hələ də elementar çatışmazlıqların aradan qaldırılmasının öhdəsindən gələ bilmir. Bunu yerli media da yazır.

Məsələn "Mamul" nəşri İrəvan Şəhər Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Armenak Danielyana istinad edərək yazıb ki, 21-ci əsrdə paytaxtın əsas küçələrində yollar sözün həqiqi mənasında Mars planetini xatırladır. Nəşr Danielyanın fikirləri ilə yanaşı paylaşdığı videonu da dərc edib: “İrəvan bələdiyyəsi, bu kadrlarda gördüyünüz baxımsız küçəni görmür. Bura Ərəbkir inzibati dairəsinin Kanaker-XEK məhəlləsindəki Qapantsyan küçəsidir. Bura və ətraf küçələr sıx məskunlaşıb və nəqliyyatın hərəkəti də burada sıx olur. Buradan indiki varlıların və məmurların övladları hər gün AYB məktəbinə gedirlər.

Tiqran Avinyan (İrəvan meri-red.)hərçənd, şəhərin bütün küçələri çuxurlarla dolu olsa da, bir çox küçələrin əsaslı təmirə ehtiyacı olsa da, buranı da sənə xatırlatmaq istərdim. Bu küçə də İrəvanın daxili ərazisi sayılır. Buranın da diqqətə, təmirə və texniki xidmətə ehtiyacı var".

O həmçinin əhaliyə müraciət edərək irəvanlıların nəzərinə çatdırıb ki,  şəhərin asfalt-beton örtüyünün təmiri və əsaslı bərpası üçün paytaxt büdcəsindən insanların ödədiyi vergilərdən, rüsumlardan və digər yerli ödənişlərdən formalaşan milyardlarla dollar vəsait ayrılır: "Bu pullar ayrılır ki, sizin avtomobillər İrəvan ətrafında təhlükəsiz hərəkət etsin. Ancaq cibinizin, cüzdanınızın sayəsində yalnız İrəvanın büdcəsi artır. Şəhərdə asfalt örtüyü ilə bağlı işlər isə azalır".


Tural


Sizin reklam burada
Sizin reklam burada