İndoneziyanın Anak Krakatau adasındakı vulkanda püskürmə baş verib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata əsasən, vulkan külü Yava bölgəsində 6 min metrə, Sumatra bölgəsində isə 15 min metrə qədər yüksəlib.
Püskürmədən sonra ölkə üzrə yerli və beynəlxalq istiqamətlərə həyata keçirilən 1558 aviareys ləğv edilib, 8 hava limanında 170 mindən çox sərnişin qalıb.
İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandhi bildirib ki, vulkan külünün Qərbi Yava istiqamətində yayıldığı müəyyənləşdirildikdən sonra bəzi hava limanlarının müvəqqəti bağlanmasına qərar verilib.