Vaşinqtonun İranla bağlı hərbi xərcləri rekord həddə çatdı

Vaşinqtonun İranla bağlı hərbi xərcləri rekord həddə çatdı
12:35

ABŞ-ın United States İranla bağlı həyata keçirdiyi hərbi əməliyyatların xərcləri ilə bağlı yeni məlumat yayılıb.

News365.az “Iran War Cost Tracker” platformasına istinadən xəbər verir ki, ümumi hərbi xərclər artıq 77 milyard dolları ötüb.

Məlumata əsasən, əməliyyatın ilk 6 günü Vaşinqtona təxminən 11,3 milyard dollara başa gəlib. Bu məbləğə bölgəyə göndərilən hərbi gəmilərin saxlanılması, şəxsi heyətin təminatı və digər logistika xərcləri daxildir.

Qeyd olunur ki, hesablamalar United States Department of Defense-ın Konqresə təqdim etdiyi rəsmi məlumatlara əsaslanır. Proqnozlara görə, əməliyyatın gündəlik xərci orta hesabla 1 milyard dollara yaxın davam edir.

Hazırda ABŞ-ın İranla bağlı hərbi fəaliyyətinin maliyyə yükünün artmaqda olduğu bildirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada