Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı ARTIR - YENİLƏNDİ

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı ARTIR - YENİLƏNDİ
10:52

Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.

News365.az xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.

    Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.

    ***

    Venesuelada 7,1 bal gücündə güclü zəlzələ olub. Yeraltı təkanlar paytaxt Karakas da daxil olmaqla, ölkənin bir çox bölgəsində hiss edilib.

    News365.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Bildirilib ki, zəlzələnin episentri Karib dənizi sahilində yerləşən Moron şəhərindən təxminən 28 kilometr qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.

    Güclü zəlzələ nəticəsində Karakasda binalar silkələnib, sakinlər təhlükəsizlik məqsədilə evlərini və iş yerlərini tərk edərək küçələrə çıxıblar.

    Hadisədən sonra aidiyyəti qurumlar bölgədə monitorinqə başlayıb. İlkin məlumata görə, zəlzələ nəticəsində ölən, yaralanan və ya ciddi dağıntı barədə rəsmi məlumat verilməyib.

    ***

    Venesuelada 7,1 bal gücündə zəlzələdən qısa müddət sonra 7,5 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb. 


    Sizin reklam burada
    Sizin reklam burada