Kərbəlada nə qədər insan şəhid olub?- Tural İrfan yazır

Kərbəlada nə qədər insan şəhid olub?- Tural İrfan yazır
09:13
Bu gün Məhərrəm ayının 10-u, yəni "aşura"dır. 680-ci miladi ilin 10 oktyabrında, yəni hicrətin 61-ci ilinin Məhərrəm ayının 10-da İraqın Kərbəla adlanan susuz səhrasında, günün birinci yarısında, dövrün xəlifəsi ünvanını ələ keçirmiş Yezid Müaviyyə oğlunun göstərişi ilə əsasən Kufə bölgəsi və ətrafından təşəkkül tapmış qoşunla İslam peyğəmbərinin sevimli nəvəsi, eyni zamanda əmisi oğlu Əli Əbu Talib oğlunun oğlu Hüseyn Əli oğlu, ailə üzvləri, qardaşları, 100-dən artıq silahdaşı üz-üzə gəldi. Qısa müddətli qeyri-bərabər döyüş oldu. Meydanda olan bütün şəxslərə qarşı xüsusi amansızlıqla qətliam həyata keçirildi və meyitlərə işgəncə verildi. Sağ qalan bir neçə uşaq və qadın isə əsir edilərək xilafət paytaxtı olan Şam, indiki Döməşq şəhərinə aparıldı. Hətta qoşun qətliamdan sonra meyitləri dəfn də etmədi. Əksinə onların paltarlarını, əşyalarını qarət edib başlarını da kəsərək nizələrə taxıb törətdiklərinə görə mükafat almağa tələsdilər.
Kərbəlada şəhid edilənlərin sayı simvolik olaraq 72 nəfər deyilsə də tarixi mənbələr şəhidlərin sayının 150-ə yaxın olduğunu göstərir. Ümumiyyətlə Kərbəla olayı prosesində adları məlum olan şəhidlərin siyahısını təqdim edirik:
1. Hüseyn ibni Əli ibn Əbu Talib. Şimr ibni Zilcövşən tərəfindən şəhid edilib;
2. Əli-Əkbər ibni Hüseyn – İmam Hüseynin böyük oğlu. Mərrah ibni Munqiz Əbdi tərəfindən şəhid edilib;
3. Əli-Əsğər ibni Hüseyn – İmam Hüseynin kiçik, altı aylıq oğlu. Hərmələ ibni Kahil Əsədi tərəfindən şəhid edilib. 8 il sonra Hərmələ Muxtar Səqəfi tərəfindən doğranıb qaynar qazanda qaynadılaraq həlak edilib;
4. Qasim ibni Həsən – İmam Həsənin 14 yaşlı oğlu oğlu. Ömər ibni Səd tərəfindən şəhid edilib.
5. Əbu Bəkr ibni Həsən – İmam Həsənin oğlu. Abdullah ibni Əqəbə Ğənəvi tərəfindən şəhid edilib;
6. Abdullah ibni Həsən – İmam Həsənin 10 yaşlı oğlu. Hərmələ ibni Kahil Əsədi tərəfindən şəhid edilib;
7. Abbas ibni Əli – Həzrət Əbülfəzl kimi tanınmış, İmam Hüseynin qardaşı və ordunun bayraqdarı. Anası Ümmül-Bənindir. Yezid ibni Rüqəd Hiti və Həkim ibni Tüfeyl Tai tərəfindən şəhid edilib.
8. Qasim ibni Abbas – Həzrət Əbəlfəzlin oğlu.
9. Fəzl ibni Abbas – Həzrət Əbəlfəzlin digər oğlu.
10. Abdullah ibni Əli – İmam Hüseynin qardaşı. Anası Ümmül-Bənindir. Hani ibni Sübeyt Həzrəmurti tərəfindən şəhid edilib.
11. Cəfər ibni Əli – İmam Hüseynin digər qardaşı. Anası Ümmül-Bənindir. Hani ibni Sübeyt Həzrəmurti tərəfindən şəhid edilib.
12. Osman ibni Əli – İmam Hüseynin qardaşı. Anası Ümmül-Bənindir. Huli Əzbəhi Əyadi və Əbani Darimi tərəfindən şəhid edilib.
13. Abdullah ibni Əli – İmam Hüseynin qardaşı. Anası Leyla bint Məsuddur;
14. Əbu Bəkr ibni Əli – İmam Hüseynin qardaşı. Anası Leyla bint Məsuddur;
15. Əbdürrəhman ibni Əli - İmam Hüseynin qardaşı.
16. Məhəmməd ibni Əli - İmam Hüseynin qardaşı. Əbani Darimi tərəfindən şəhid edilib.
17. Övn ibni Abdullah – xanım Zeynəbin oğlu.
18. Məhəmməd ibni Abdullah - xanım Zeynəbin digər oğlu.
19. Qasim ibni Məhəmməd – xanım Zeynəbin kürəkəni.
20. Həbib ibni Məzahir Əsədi – sol cinahın komandanı.
21. Müslim ibni Övsəcə Əsədi – Həzrət Peyğəmbərin səhabəsi.
22. Mövq ibni Səmamə Əsədi Səidavi;
23. Əmr ibni Xalid Səidavi;
24. Qeys ibni Müsəhhər Səidavi;
25. Həccac ibni Məsruq Cufi – Həzrət Əlinin səhabəsi, İmam Hüseynin dəstəsinin müəzzini;
26. Hənzələ ibni Əsəd Şami – İmam Hüseynin Ömər ibni Sədə göndərdiyi qasidi;
27. Səid ibni Abdullah Hənəfi - Müslim İbn Əqilin yavəri, İmam Hüseynə kufəlilərin dönük çıxdıqlarını xəbər verən şəxslərdəndir. İmam Hüseyn namaz qılarkən canını imama atılan oxlara sipər edərək şəhid olub;
28. Züheyr ibni Qeyn Bəcəli – sağ cinahın komandanı. Xəlifə Osmanın tərəfdarlarından idi və İmam Hüseyni dəstəkləmirdi. Həccdən qayıdarkən xanımının təkidi ilə İmam Hüseynlə görüşüb təsirlənərək ona tərəf keçmişdi;
29. Salman ibni Məzahir Bəcəli – Züheyrin qohumu. Onunla birlikdə Həccdən qayıdarkən İmam Hüseynə qoşulub;
30. Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi – İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Anası və xanımı ilə birlikdə İmam Hüseynə qoşulmuşdu;
31. Əbdüləla ibni Yezid Kəlbi;
32. Abdullah ibni Ümeyr Kəlbi – İmam Hüseynə Mədinədən qoşulmuşdu;
33. Abdullah ibni Ümeyrin həyat yoldaşı – qadın şəhidlərdəndir. Şimrin qulu tərəfindən balta ilə şəhid edilib;
34. Yezid ibni Ziyad Kindi
35. Hərs ibni Əmr Kindi,
36. Zəvir ibni Əmr Kindi
37. Hürr ibni Yezid Riyahi – Yezid qoşununun sərkərdəsi, Aşura günü peşman olub İmam Hüseynə tərəf keçib. Kərbəlada ilk savaşıb şəhid olanlardandır;
38. Səd ibn Hürr – Hürrün oğlu;
39. Hürrün digər oğlu;
40. Əaiz ibn Məcmə Əazi – Hürr ibni Riyahla birlikdə İmam Hüseynə tərəf keçən altı nəfərdən biri idi;
41. Coun ibni Malik Təmimi – Yezidin qoşunundan İmam Hüseynə tərəf keçən zənci;
42. Səd ibni Hərs Ənsari.
43. Əbul-Hətuf ibni Hərs Ənsari - Səd ibni Hərislə əkiz qardaş idilər. Yezid qoşunundan İmam Hüseynə tərəf keçənlərin içində idilər.
44. İmran ibni Kəlb Ənsari
45. Nəim ibni İclan Ənsari
46. Abdullah ibni Buşr Xəşəmi – Ömər ibni Sədlə birlikdə İmam Hüseynlə döyüşməyə gəlmişdi. Lakin, tövbə edib İmam Hüseynə tərəf keçdi;
47. Ömər ibni Zəbiə Zəbii - Ömər ibni Sədlə birlikdə İmam Hüseynlə döyüşməyə gəlmişdi. Lakin, tövbə edib İmam Hüseynə (ə) tərəf keçmdi;
48. Bəşr ibni Əmr Həzrəmi – Həzrət Peyğəmbərin səhabəsi.
49. Müslim ibni Övsəcə Əsədi – Peyğəmbərin səhabəsi.
50. Nafe ibni Hilal Cəməli – hədis ravisi.
51. Ziyad ibni Ərib Səidi – Peyğəmbər səhabəsinin oğlu, hədis ravisi.
52. Ənəs ibni Hərs Kahili.
53. Büreyr Həmdani – Həzrət Əlinin yaşlı səhabəsi.
54. Həbşi ibn Qeys Nehmi Həmdani.
55. Səvvar ibni Əbu Uman Həmdani – yaralanaraq əsir götürülmüş və həbsdə şəhadətə yetişmişdir.
56. Əmr ibni Abdullah Cundai – Səvvarla birlikdə yaralanmış və şəhid edilmişdir.
57. Şəbib – Hərs Həmdaninin azad edilmiş qulu idi.
58. Əmr ibni Abdullah Cündayi Həmdani
59. Üməyyə ibni Səd Tai – Həzrət Əlinin səhabəsi.
60. Hərs – Həzrət Həmzənin azad edilmiş qulu.
61. Rafi – Müslim Əzdinin azad edilmiş qulu.
62. Səd – Əmr ibn Xalidin azad edilmiş qulu.
63. Səd – Həzrət Əlinin azad edilmiş qulu.
64. Muncə - İmam Həsənin azad edilmiş qulu.
65. Şuzəb – Şakinin qulu.
66. Qərib – İmam Hüseynin azad etdiyi kənizin oğludur. Həmin Kəniz azad edildikdən sonra ailə qurub dünyaya gətridiyi bu oğlunu İmam Hüseynin tərbiyyəsinə vermişdi.
67. Nəsr ibni Neyzər – Rəvayətlərdə bu şəxsin Sasani şahının Həzrət Peyğəmbərə göndərdiyi, Peyğəmbərin də Həzrət Əliyə hədiyyə etdiyi və Həzrət Əlinin də azad etdiyi qul kimi təqdim olunur. Lakin tarixi faktlar Sasani şahı Xosrovun Həzrət Peyğəmbərin məktubunu cıraraq təhqir etdiyini göstərir.
68. Vazeh Türki – Hərsə Məşacinin türk əsilli qulu. Kərbəlaya gələrək İmam Hüseynə qoşulmuşdu.
69. Əsləmə - İmam Hüseynin azad edilmiş qulu;
70. Coun – Əbu Zərin azad edilmiş qaradərili qulu idi. İmam Həsənin və İmam Hüseynin səhabələrindəndir.
71. Süleyman ibn Razin – İmam Hüseynin azad edilmiş qulu. İmam onu Bəsrəyə qasid kimi yollamışdı. Lakin o, ibni Ziyad tərəfindən yaxalanmış və şəhid edilmişdi.
72. Əbd Qeys Əbdi Bəsri
73. Həccac ibni Bədr Sədi Bəsri
74. Səlim Bəsri – Həzrət ƏlininBəsrədən olan səhabəsi, vaxtı ilə Amir Əbdinin qulu idi.
75. Seyf ibni Malik Əbdi Bəsri
76. Amir ibni Müslim Badi Bəsri – Səlim tərəfindən azad edilmiş qul. Həzrət Əlinin səhabələrindən idi.
77. Abdullah ibni Zeyd Əbdi,
78. Übeydullah ibni Zeyd Əbdi,
79. Yezid ibni Sabit Əbdi,
80. Əzam ibni Üməyyə Əbdi,
81. Əbdürrəhman ibni Əbdürrəb Ənsari Xəzrəci,
82. Cinadət ibni Kəb Ənsari Xəzrəci,
83. Cinadət ibni Kəbin oğlu,
84. Ömər ibni Cənadə Ənsari,
85. Əmr ibni Qərtə Ənsari,
86. Əbdülhətuf Ənsari,
87. Əbdülhətufun qardaşı,
88. Savər ibni Mənyim Nehmi – İmam Hüseynə qoşulmaq üçün bütün İraqı gəzib nəhayət yetişmişdir.
89. Malik Cabiri – Seyf ibni Hərslə qohum idilər. Kufədən birlikdə gələrək İmam Hüseynə qoşulmuşdular.
90. Əbdürrəhmən ibn Ürvə Ğəffari
91. Abdullah ibi Ürvə Ğəffari – qardaşı Əbdürrəhmanla birlikdə Kufədən gəlmişdilər.
92. Qasim ibni Həbib Əzdi
93. Müslim ibni Kəsir Əzdi
94. Qasis – Züheyr Səlabi oğlu
95. Kurş - Züheyr Səlabi oğlu,
96. Muqsit - Züheyr Səlabi oğlu,
97. Kənnah Səlabi
98. Məsud ibni Həccac Təimi – oğlu ilə birlikdə şəhid olub.
99. Əbdurrəhman ibni Məsud Təimi – Məsudun oğlu.
100. Cibiləs ibni Əli Şeybani – Həzrət Əlinin Siffeyn döyüşündəki əsgərlərindəndir.
101. Cündəb ibni Muci Xovləni – Həzrət Əlinin səhabəsi.
102. Həlləs ibni Əmr Rasibi,
103. Süveyd ibni Əmr Xəşmi,
104. Seyf ibni Hərs Cabiri,
105. Şəvəb Şakiri,
106. Abdullah ibni Yəqtər Himyəri
107. Əbdürrəhman Ərhabi
108. Əmr ibni Həb Səidi,
109. Əmr ibni Həsən Tali
110. Qənab Nəmri,
111. Məcmə-ul-Cəhni ibni Ziyad ibni Ömər
112. Yezid ibni Məğful – Həzrət Əlinin səhabəsi
113. Bəkr ibn Hey Təimi
114. Müslim ibni Əqil – İmam Hüseynin əmisi oğlu. İmam tərəfindən Kufəyə nümayəndə kimi göndərilmiş, lakin xəyanətlə üzləşərk şəhid edilmişdi.
115. Hani ibni Ürvə - Müslim ibni Əqillə birlikdə Kufədə şəhid edilmişdir.
116. İbni Həccac Təimi – Müslim İbn Əqilin yavəri, İmam Hüseynə kufəlilərin dönük çıxdıqlarını xəbər verən şəxslərdəndir.
117. Zərğəmə ibni Malik Təğləbi – Müslim ibni Əqilin yavərlərindən idi. Müslimin şəhadətindən sonra İmam Hüseynə qoşulmuşdu.
118. Əbis ibni əbi Şəbib Şakiri - Müslim ibni Əqilin yavərlərindən idi. Müslimin şəhadətindən sonra İmam Hüseynə qoşulmuşdu.
119. Həbib ibni Qeys Taimi – Kufədə ikən Müslim ibni Əqilə beyət etmişdi. Müslimin şəhadətindən sonra Kufədən qaçaraq İmam Hüseynə qoşulmuşdu.
120. Malik ibni Abdullah ibn Sərii,
121. Şəbib ibni Haris ibn Sərii,
122. Züheyr ibni Bəşi Kəsəmi,
123. Yezid ibni Hasin,
124. Qərib ibni Abdullah ibni İrqit.
Bütün Kərbəla şəhidlərinin əziz xatirəsini böyük ehtiramla anır, onlara Allahın salamı, rəhməti və bərəkəti olsun, deyirik!
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada