Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu keçirəcək, Lənkəranda gənclərin sıra baxışı olacaq

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu keçirəcək, Lənkəranda gənclərin sıra baxışı olacaq
12:35

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda vətəndaş qəbulu keçirəcək, eyni zamanda Lənkəranda polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı təşkil olunacaq.

Qəbul Lerik Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq. Qəbulda Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyulun 6-dək yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət edə, həmçinin Nazirliyin “E-Polis” mobil tətbiqi, elektron xidmət portalı və sosial şəbəkə hesabları vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Polis orqanlarında və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə iyulun 7-də saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, həm vətəndaş qəbuluna, həm də sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada