Hindistanın Baş naziri Narendra Modi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Narendra Modi sosial şəbəkədəki paylaşımında məlumat verib. O bildirib ki, söhbət zamanı Paşinyanı və onun siyasi komandasını parlament seçkilərində əldə olunan qələbə münasibətilə təbrik edib.
Modi, həmçinin İran ərazisində olan Hindistan vətəndaşlarının təxliyəsi prosesində Ermənistan tərəfinin göstərdiyi dəstəyə görə Paşinyana minnətdarlığını ifadə edib.
Telefon danışığı zamanı tərəflər Hindistan-Ermənistan əlaqələrinin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.
News365.az