Bakıda daha bir gənc çimərlikdə batıb.
Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hadisə iyunun 21-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.
Dənizdə nəzarətsiz ərazidə batan 21 yaşlı Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.