Ərdoğandan Venesuelaya dəstək mesajı

Ərdoğandan Venesuelaya dəstək mesajı
15:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelada baş vermiş zəlzələlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

News365.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Prezident Ərdoğan paylaşımında bildirib ki, Türkiyə bu ağır günlərdə Venesuela xalqının yanındadır.

Ərdoğan qeyd edib:

“Venesuelada baş vermiş iki ayrı zəlzələ nəticəsində həlak olanların kədərini ürəkdən bölüşür, dost Venesuela xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram.

Türkiyə olaraq bu ağrılı və çətin günlərdə venesuelalı dostlarımızın yanındayıq”.


Sizin reklam burada
Sizin reklam burada