Türkiyə millisi DÇ-2026-da son oyuna çıxır - Qarşılaşma nə vaxt başlayacaq?

Türkiyə millisi DÇ-2026-da son oyuna çıxır - Qarşılaşma nə vaxt başlayacaq?
14:20

Futbol üzrə Türkiyə milli komandası Dünya Çempionatının qrup mərhələsində son oyununa çıxacaq. 

News365.az-ın məlumatına görə, sabah Türkiyə yığması Amerika millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 06:00-da keçiriləcək. Matç Kaliforniya ştatında yerləşən 70 min azarkeş tutumuna malik Sofi stadionunda baş tutacaq. 

Qarşılaşma İTV və Türkiyənin TRT1 telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Qeyd edək ki, Türkiyə millisi ilk oyunda Avstraliyaya 0-2 hesabı ilə, ikinci oyunda isə Paraquaya 0-1 hesabı ilə məğlub olaraq Dünya Çempionatında qrup mərhələsindən çıxma şansını itirmişdi. 



Sizin reklam burada
Sizin reklam burada