“Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır

“Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır
15 Fev 2025 16:04

Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.

Bu barədə aviaşirkət məlumat yayıb.

"Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq", - deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada