Ukraynalı aktivisti belə öldürdülər - VİDEO

Ukraynalı aktivisti belə öldürdülər - VİDEO
15:57

İnternetdə Odessada Həmkarlar İttifaqları Evində baş vermiş iğtişaşların təşkilatçı olan, radikal millətçi və aktivist Demyan Qanulun öldürülməsini əks etdirən video yayılıb.

Kadrlarda kişinin yerdə uzandığı görünür. Naməlum şəxs ona yaxınlaşır, daha sonra çantasından tapançanı çıxararaq başından atəş açır. Yaxınlıqda dayanan insanlar heç bir tədbir görmür və baş verənlərə  heç fikir də vermirlər.

Demyan Qanul martın 14-də səhər saatlarında güllələnib. Zərərçəkən hadisə yerində ölüb. Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, baş verən qalmaqallı qətllə bağlı ona artıq məlumat verilib.

Ukrayna Milli Polisinin regional qərargahı isə bəyan edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda qətlinin təfərrüatlarını müəyyənləşdirirlər: "Saat 10:30 radələrində “102” qaynar xəttinə şəhərin Primorski rayonunda naməlum şəxsin yoldan keçənlərə atəş açması barədə məlumat daxil olub. Atəş açanı hadisə yerindən qaçıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada