"Ukrayna təəssüf ki, qurban verilir"- Tural Gəncəliyev

"Ukrayna təəssüf ki, qurban verilir"- Tural Gəncəliyev
20 Fev 2025 13:42

"Hesab edirəm ki, narahatlıq üçün əsas var, çünki Bayden administrasiyasından sonra Trampın Avropa və Rusiya ilə münasibətlərdə apardığı siyasət hər şeyi alt-üst edir. Avropalılar, ümumiyyətlə NATO daxilində ciddi fikir ayrılığı yaşayır."

Milli Məclisin deputatı Tural Gəncəliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Ukrayna təəssüf ki, burada qurban verilir – ABŞ-Rusiya münasibətlərinin normallaşması və müəyyən çərçivədə saxlanılması üçün. Bu isə Qərbin ikiüzlü və riyakar siyasətinin nəticəsidir. Çünki vaxtilə Ukraynanı Rusiyaya qarşı silahlandıran, ona 500 milyard dollar dəyərində hərbi yardım göstərən məhz ABŞ, Avropa İttifaqı və NATO idi. Bu gün isə onlar öz dəstəklərini dayandırırlar və Trampın Putinlə mümkün razılaşması səbəbindən Ukraynanı oyundan kənarda qoyaraq, məhz onun üzərindən anlaşma əldə etməyə çalışırlar.

Burada xüsusi qeyd etmək istədiyim məqam budur ki, Tramp Ukrayna və Baltikyanı ölkələri artıq Rusiyanın təsir dairəsi kimi tanıyır. Bununla yanaşı, hesab edirəm ki, 2025-ci ilin sonuna qədər ABŞ və onun müttəfiqi İsrailin Yaxın Şərqdə – xüsusilə də Fələstin və İran məsələsində istədikləri addımları atmaq üçün əlverişli şərait əldə etməsi də bu razılaşmaların bir hissəsidir"



Sizin reklam burada
Sizin reklam burada