Goranboyda piyada yol qəzasında ölüb.
Məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü C.Orucovu vurub.
Gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.