Trampın xüsusi nümayəndəsi Zelenskini cəsur lider adlandırdı

Trampın xüsusi nümayəndəsi Zelenskini cəsur lider adlandırdı
21 Fev 2025 23:40

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna rəhbərliyi ilə danışıqları qənaətbəxş hesab edir. Bu, həmçinin Prezident Volodimir Zelenski ilə aparılan danışıqlara aiddir.

Bu barədə News365.az Kelloqun “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir. Onun sözlərinə görə, Kiyevdə Ukrayna rəhbərliyi ilə “uzun və zəngin” gün keçirib.

“Mübariz və cəsur lider Prezident Volodimir Zelenski və onun istedadlı komandası ilə geniş və pozitiv diskussiyalar apardım”, - deyə ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada