Qırğızıstanla Tacikistan arasında tarixi saziş imzalanıb

Qırğızıstanla Tacikistan arasında tarixi saziş imzalanıb
21 Fev 2025 20:22

Bişkekdə Qırğızıstan və Tacikistan rəsmiləri iki ölkə sərhədinin ümumi hissəsinin delimitasiyasına dair protokola imza atıblar.

 Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Xatırladaq ki, artıq uzun illərdir Qırğızıstan-Tacikistan dövlət sərhədində mübahisəli ərazilərə görə tərəflər arasında lokal hərbi toqquşmalar baş verir.


Sizin reklam burada
Sizin reklam burada