Mərhum jurnalistin son tədqiqat işinin təqdimatı keçiriləcək

Mərhum jurnalistin son tədqiqat işinin təqdimatı keçiriləcək
21 Fev 2025 09:18

Tanınmış  yazıçı, Əməkdar jurnalist, mərhum Ənvər Çingizoğlunun yeni kitabı işıq üzü görüb. 

News365.az  xəbər verir ki, yazıçınınbu dəfəki tədqiqat subyekti Təbriz xanlığıdır. Uzun illərin gərgin əməyi, zəhməti sayəsində ərsəyə gələn “Təbriz xanlığı” kitabı artıq geniş oxucu kütləsi üçün hazırdır. Beləki, fevralın 23-də kitabın ictimai təqdimatı olacaq. Təqdimat mərasimi saat 15:00 - da Kitabçı ( Mirəli Qaşqay küçəsində) mərkəzində baş tutacaq.

Qeyd edək ki, kitab Ənvər Çingizoğlunun vəfatından sonra ərsəyə gəlib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada