Peşəkar Futbol Liqası yeni qərar verib.
Bu barədə qurumun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, paytaxt Bakıda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.
Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.