Azərbaycan BƏƏ ilə fond bazarının inkişafına dair əməkdaşlığı müzakirə edib

Azərbaycan BƏƏ ilə fond bazarının inkişafına dair əməkdaşlığı müzakirə edib
21 Fev 2025 16:36

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında fond bazarlarının inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov BƏƏ-yə səfəri zamanı Əbu-Dabi Qiymətli Kağızlar Birjasında olub.

"Görüş zamanı Birja ilə tanışlıq çərçivəsində təqdimat keçirilib və fəaliyyət istiqamətləri üzrə məlumat təqdim olunub. Görüş hər iki ölkənin kapital bazarlarının inkişafının dəstəklənməsi məqsədilə qarşılıqlı əlaqələrin və potensial əməkdaşlığın daha da gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi ilə davam edib"- deyə AMB bəyan edib. 



Sizin reklam burada
Sizin reklam burada