İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili rayon sakini Abbas Tağıyevi vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.