Qarlı-çovğunlu
hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Bu Azərbaycan Dəmir Yollarından News365.az-a
verilən verilən məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, hava şəraiti,
xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq, qatarların sürət həddi
təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.
Bu səbəbdən qatarların qrafikində qismən kənara
çıxma halları müşahidə oluna bilər. Sərnişinlərə anlayışları üçün təşəkkür
edir, rahat və təhlükəsiz səfərlər diləyirik.