"Rusiyanın bu prosesdə maraqlı olmadığı açıq-aşkardır" Bəhruz Məhərrəmov

"Rusiyanın bu prosesdə maraqlı olmadığı açıq-aşkardır" Bəhruz Məhərrəmov
20 Fev 2025 13:57

"Əlbəttə, hazırda araşdırma prosesi davam edir və bu gedişata bizim müdaxilə etməyimiz mümkün deyil. Proseslərin təhlili, texniki detallar və digər məsələlər öz yerindədir, lakin artıq ilk nəticələr fikir formalaşdırmaq üçün kifayət qədər təkzibedilməz dəlillər ortaya qoyur."

Milli Məclisin üzvü Bəhruz Məhərrəmov bunu News365.az-a açıqlamasında deyib. 


"İstənilən halda, Rusiyanın bu prosesdə maraqlı olmadığı açıq-aşkardır. Xüsusilə, Rusiyanın ayrı-ayrı rəsmilərinin və media qurumlarının apardığı informasiya hücumları, böhtan xarakterli kampaniyalar fonunda bu ehtimalı daha dərindən düşünməmək mümkün deyil.

Qeyd edək ki, ötən ilin dekabrında Qazaxıstan qəzaya uğrayan təyyarənin qara qutularını Braziliyaya göndərmək qərarına gəlib. Yanvarın əvvəlində isə Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi dekodlaşdırma prosesini tamamlayıb. Yanvarın ortalarında isə uçuş registratorlarından əldə edilən məlumatlar Braziliyadan Qazaxıstana geri qaytarılıb."- deyə bildirib. 



Sizin reklam burada
Sizin reklam burada