"Neftçi" qarlı havada çətinliklə qələbə qazandı

"Neftçi" qarlı havada çətinliklə qələbə qazandı
21 Fev 2025 21:00

Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Sumqayıt"a qalib gəlib.

"Neftçi Arena"da gerçəkləşən turun açılış oyununda "ağ-qaralar" 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 90+3-cü dəqiqədə penalti zərbəsindən Filip Ozobiç vurub.

Paytaxt təmsilçisi hazırda 27 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərartlaşıb.

Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq.


Sizin reklam burada
Sizin reklam burada