Türkiyədə əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyədə əməliyyat keçirilib, 353 nəfər saxlanılıb
21 Fev 2025 19:35

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbakır, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak ve Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 şübhəli saxlanılıb.

Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.

A.Yerlikaya qeyd edib ki, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada