DİN, Baş Prokurorluq, ANAMA-dan mina hadisəsi ilə bağlı BİRGƏ MƏLUMAT

DİN, Baş Prokurorluq, ANAMA-dan mina hadisəsi ilə bağlı BİRGƏ MƏLUMAT
21 Fev 2025 21:20

Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu Xocalı rayonunun Ulubaba kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.


News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

News365.az


Sizin reklam burada
Sizin reklam burada