Millimizin üzvü "Nürnberq"də "qara siyahı"ya düşüb?

Millimizin üzvü "Nürnberq"də "qara siyahı"ya düşüb?
21 Fev 2025 21:55

Bu gün Almaniya 2-ci bundesliqasında  23-cü tura start verilir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” “Herta”nın qonağıdır. Bakı vaxtı ilə saat 21:30-da başlayan matçın bir qədər əvvəl açıqlanan iştirak ərizəsində M.Emrelinin adı yoxdur.

Qeyd edək ki, 28 yaşlı futbolçunun adı ötən tur da sifariş ərizəsinə salınmamışdı. M.Emreli Almaniyaya getdiyi ötən yaydan ilk dəfədir zədəsi və ya cəzası olmadığı halda ardıcıl 2 oyunda iştirak etmir. 

M.Emrelinin daha əvvəlki bəzi matçlatda ehtiyatda qalmasına görə baş məşqçi Miroslav Klozedən narazı olduğu haqda xəbərlər yayılmışdı.

Daha bir məlumata görə, Emreli tezliklə “Nürnberq”i tərk edərək Cənubi Koreyanın “Seul” klubuna keçəcək. Emrelinin bugunkü qarşılaşmanın da iştirak ərizəsində olmaması həmin ehtimalları daha da gücləndirir.


Sizin reklam burada
Sizin reklam burada