Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb.
News365.az xəbər verir ki, Kreml rəhbəri Səudiyyə Ərəbistanının vəliəhdini krallığın yaranması günü münasibətilə təbrik edib.
V.Putin Ər-Riyadda Rusiya və ABŞ arasında danışıqların təşkilinə görə Məhəmməd bin Salmana təşəkkür edib.