ABŞ BMT-nin iqlim dəyişiklikləri məsələləri üzrə əsas görüşlərində iştirakını dayandırır.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat paylaşıb.
"Prezident Donald Trampın Administrasiyası amerikalı alimlərin BMT-nin iqlim dəyişiklikləri üzrə əsas qiymətləndirmələrdə iştirakını dayandırıb. Bu o deməkdir ki, ABŞ İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun başlıca plenar iclasında iştirak etməyəcək", - deyə agentliyin məlumatında bildirilir.
Qeyd edək ki, sözügedən iclas fevralın 24-28-də Çində baş tutacaq.
Xatırladaq ki, D.Tramp prezident vəzifəsinə başladıqdan bir neçə saat sonra Birləşmiş Ştatları Paris İqlim Sazişindən çıxarıb.