“Konstitusiyanın dəyişdirilməsi Paşinyan hakimiyyətini gücləndirəcək”- Politoloqdan şərh

“Konstitusiyanın dəyişdirilməsi Paşinyan hakimiyyətini gücləndirəcək”- Politoloqdan şərh
20 Fev 2025 17:16

“Nikol Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistan ümumilikdə Azərbaycanın tələblərini yerinə yetirməyə hazırdır. Lakin bunun üçün müəyyən siyasi şəraiti gözləyir. “

Politoloq İlqar Vəlizadə bu fikirlərini News365.az-a şərh edib. 

“Son dövrlərdə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müxtəlif təxribatçı bəyanatlarla çıxış edərək, cəmiyyəti revanşizmə çağırır. Onun çıxışlarından açıq şəkildə görünür ki, Ermənistanın keçmiş siyasi elitası mövcud hakimiyyəti devirmək fürsəti əldə edərsə, bundan çəkinməyəcək. Bu isə ölkədə daxili siyasi gərginliyin artmasına səbəb olur.

Politoloq Ermənistan konstitusiyasının dəyişdirilməli olduğunu da vurğulayır:

“Bunun qarşısını almağın ən effektiv yolu konstitusiyanı dəyişmək və yeni hüquqi-siyasi mühit yaratmaqdır. Belə bir dəyişiklik Paşinyan hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracaq və revanşist qüvvələrin yenidən hakimiyyətə gəlmə ehtimalını sıfıra endirəcək. Əgər Ermənistan Konstitusiyasında dəyişiklik edilsə və ya yeni konstitusiya qəbul olunsa, revanşist düşüncəli siyasətçilər siyasi səhnədən kənarlaşacaq. Bu da regionda sülh və sabitliyə töhfə verəcək. Azərbaycan tərəfi dəfələrlə bu məsələdə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə çağırışlar edib.”- deyə fikirlərini bildirib. 


Sizin reklam burada
Sizin reklam burada