Ukrayna rus qazının tranzitini bərpa edəcəkmi?

Ukrayna rus qazının tranzitini bərpa edəcəkmi?
10 Yan 2025 19:15

Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpası planlaşdırılmır.


News365.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.


“Ukraynanın qaz nəqli sisteminin fəaliyyəti ergetika sahəsinin dayanıqlığının vacib elementdir. Lakin Rusiya qazının tranziti üzrə razılaşma əldə etmək fikrimiz yoxdur”, - Şmıqal bildirib.


Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti 2025-ci il yanvarın 1-də dayandırılıb.


Youtube kanalımız